Almaniya Qəzzada jurnalistlərin öldürülməsi ilə bağlı İsraildən açıqlama tələb edib
sizinxeber.az xəbər saytı

Almaniya Qəzzada jurnalistlərin öldürülməsi ilə bağlı İsraildən açıqlama tələb edib


“Berlin İsrailin Qəzza zolağında jurnalistlərə qarşı hərbi əməliyyatlarını pisləyir və İsrail hakimiyyəti Əl-Cəzirə və Sahat xəbər portalının əməkdaşlarının öldürülməsi ilə bağlı açıqlama verməlidir.”

APA xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Josef Hinterzeer bildirib.

"Hələlik konkret iş üzrə əz məlumatımız yoxdur. Amma aydındır ki, İsrail hücumun konkret şəxsə qarşı yönəldiyini deyirsə, o zaman ilk növbədə bu prosesdə onun beş həmkarının niyə həlak olması sualına cavab verilməlidir. Bundan əlavə, İsrail həmin şəxsin bir jurnalist kimi müdafiəsini itirməsinə necə haqq qazandıra biləcəyini izah etməlidir", - Hinterzeer deyib.

Qeyd edək ki, bazar ertəsi səhər saatlarında əl-Cəzira İsrailin Qəzza şəhərində əl-Şifa xəstəxanası yaxınlığında jurnalistlərin çadırına endirdiyi zərbə nəticəsində müxbir Ənəs əl-Şərif də daxil olmaqla beş əməkdaşının həlak olduğunu açıqlayıb.

Qəzza rəsmiləri Fələstinin "Sahat" xəbər portalının əməkdaşı Məhəmməd əl-Xalidinin də hadisə zamanı həlak olduğunu bildirib.

Öz növbəsində, İsrail Müdafiə Qüvvələri (IDF) əl-Şərifə zərbə endirilməsi barədə məlumatı təsdiqləyib.

Oxşar xəbərlər

Qəzza zolağında İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 191-ə yüksəlib
İsrail HƏMAS-a qarşı hərbi təzyiqi artırmağı planlaşdırır
İsrailin Qəzzaya zərbələri nəticəsində HAMAS-ın 5 yüksək rütbəli rəsmisi öldürülüb
Al Mayadeen: Qəzzada gedən döyüşlər zamanı 188 jurnalist həlak olub
XİN başçısı: Türkiyə və İsrailin Azərbaycanda keçirilən təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər