Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləyəcək
sizinxeber.az xəbər saytı

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləyəcək


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketi üzərində işləyəcək.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

Onun fikrincə, Rusiya tam və qeyd-şərtsiz atəşkəslə razılaşana qədər Aİ güzəştləri müzakirə etməməlidir.

Kallas hesab edir ki, atılacaq addımlar ardıcıllığına “əvvəlcə ciddi monitorinq sistemi və dəmir qarantiyalarla şərtsiz atəşkəs, sonra isə istənilən danışıqlar daxil edilməlidir.

Bu baş verənə qədər o, 19-cu sanksiyalar paketi üzərində işləyəcəyinə söz verib.

Oxşar xəbərlər

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işə başlayacaq
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzrə irəliləyiş əldə edə bilməyib, Kallas Slovakiyanı tənqid edib
Kaya Kallas: Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyir
Kallas: Aİ 18-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər