Tramp və Putin görüşü ilə bağlı sabah Aİ xarici işlər nazirlərinin iclası gözlənilir
sizinxeber.az xəbər saytı

Tramp və Putin görüşü ilə bağlı sabah Aİ xarici işlər nazirlərinin iclası gözlənilir


Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək sammitlə bağlı fövqəladə toplantı çağırıb.

APA xəbər verir ki, Reuters-in yazdığına görə, Aİ xarici işlər nazirlərinin iclası avqustun 11-də baş tuta bilər və əsas məqsəd – Ukraynadakı müharibənin həlli ilə bağlı razılaşmalara Avropa İttifaqı və Ukraynanın maraqlarının daxil edilməsinin tələb olunmasıdır.

Nəşrin məlumatına görə, Kallas Aİ üzv ölkələrinin xarici işlər nazirlərini 11 avqustda ABŞ və Rusiya prezidentləri arasında keçiriləcək sammitin mümkün nəticələrini müzakirə etmək üçün bir araya toplamağa qərar verib.

O bildirib ki, hər hansı atəşkəs və ya sülh razılaşmalarına Ukrayna və Avropa İttifaqı daxil edilməlidir. Onun sözlərinə görə, bu, təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün təhlükəsizlik məsələsidir.

“Birləşmiş Ştatlar Rusiyanı ciddi danışıqlara məcbur etmək imkanına malikdir. ABŞ və Rusiya arasında istənilən razılaşma Ukraynanı və Aİ-ni əhatə etməlidir”, – deyə Kallas vurğulayıb.

Oxşar xəbərlər

Kallas Rusiya-ABŞ sammiti fonunda Aİ-nin XİN başçılarını görüşə çağırır
Kallas: Avropa İttifaqı Çinlə əməkdaşlığa hazırdır
Kallas Aİ xarici işlər nazirlərinin iclasını çağırıb
Kallas: Avropa İttifaqını Çinlə əməkdaşlığa hazırdır
Kaya Kallas: Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər