Ukraynalı general: “Atəşkəsə getmək və növbəti müharibəyə hazırlaşmaq lazımdır”
“Danışıqlar prosesi çox çətindir, xüsusilə də ruslarla”.
APA xəbər verir ki, bu barədə “Radio NV” efirində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant İqor Romanenko bildirib.
“Onların bu danışıqları aparmaq, hər cür yanaşmalardan – hiylə, şantaj, təhdid və s. – istifadə etmək kimi cəsarətli niyyətləri var. Və biz görürük ki, bütün bunlar strateji səviyyədə baş verir. Rusiya prezidenti Vladimir Putin – köhnə kəşfiyyat işçisidir, öz məktəbi var, buna görə təlim keçib. Üstəlik, vasitələr, agentura – bütün bunlar hazırda danışıqlar prosesinə onların maraqları naminə təsir göstərmək üçün istifadə olunur. Bunların hamısı cəbhələrdəki vəziyyətlə bağlıdır. Buna görə də belə ağır bir anda Müdafiə Qüvvələrinə düşmənə qarşı mübarizədə hərtərəfli yardımın təşkili vacibdir”, – deyə Romanenko bildirib.
O əlavə edib ki, hazırda ruslar yeni ehtiyat qüvvələr toplayır və cəmləşdirir. General-leytenantın sözlərinə görə, Rusiya mövcud vaxtdan cəbhədə maksimum irəliləmək üçün istifadə etməyə çalışır.
Oxşar xəbərlər
Ukrayna Silahlı Qüvvələrinin generalı: “Putin Ukraynanı kapitulyasiyaya məcbur etmək istəyir”
UEFA Avropa Liqasının oyunları keçirilib
Rusiyada general rüşvət almağa görə həbs edilib
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada rəsmi səfərdədir
Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib, özü Türkiyəyə getməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













