Britaniya qırıcı təyyarəsi Yaponiyanın hava limanına təcili eniş edib
Beşinci nəsil Britaniya F-35B döyüş təyyarəsi Kyuşu adasında yerləşən Kaqoşima şəhərinin mülki hava limanına təcili eniş edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, hava limanının uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb və bu da uçuş cədvəlinin pozulmasına səbəb olub.
Məlumata görə, təyyarə Yaponiyanın yaxınlığında olan Britaniya “Prince of Wales” (Uels Şahzadəsi) aviadaşıyıcısının göyərtə aviasiyasına aiddir. Bu aviadaşıyıcı qrupu Yaponiya Hərbi Dəniz Qüvvələri ilə birlikdə təlimlər keçirir.
Xüsusilə, Britaniya F-35B təyyarələri hazırda yüngül aviadaşıyıcıya çevrilməsi üçün modernləşdirilən Yaponiya “Kaga” helikopterdaşıyıcısının göyərtəsinə şaquli enişlər ediblər. Tokio ABŞ-dan belə qırıcıların 40-dan çoxunu almağı və ya ABŞ lisenziyası əsasında istehsal etməyi planlaşdırır.
“Prince of Wales” aviadaşıyıcısının rəhbərlik etdiyi Britaniya aviadaşıyıcı zərbə qrupu iyun ayından bəri Hind və Sakit okean sularında səfərdədir. Bu gəmi 24-ə qədər F-35B qırıcısını, 16 “Merlin” və “Wildcat” helikopterini, eləcə də pilotsuz uçuş aparatlarını daşıya bilir.
Oxşar xəbərlər
Britaniyanın "F-35B" qırıcısı Yaponiya hava limanına təcili eniş edib
Yaponiyada iki F-35 təcili eniş edib
Rusiya hərbi təyyarəsi Yaponiyanın hava məkanını pozub
KİV: Britaniya hərbi strategiyasını yenidən nəzərdən keçirməlidir
Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
