Britaniyada radioaktiv suların dənizə sızdığı məlum olub
Böyük Britaniyada nüvə silahlarının saxlandığı hərbi bazadan köhnə boruların dəfələrlə partlaması nəticəsində radioaktiv su dənizə sızıb.
Sizinxeber.az xəbər verir ki, bununla bağlı “The Guardian” mənbələrə istinadən məlumat yayıb.
"Tənzimləyici müəyyən edib ki, radioaktiv material Şotlandiyanın qərbindəki Qlazqo yaxınlığındakı Loç Long ərazisinə sızıb. Çünki Kral Hərbi Dəniz Qüvvələri bazada 1500 su borusu şəbəkəsini lazımi səviyyədə saxlaya bilməyib", - məlumatda deyilir.
Söhbət Şotlandiyanın Kulport qəsəbəsi yaxınlığında yerləşən hərbi bazadan gedir.
Yaxınlıqda yerləşən dörd Trident sualtı qayığı üçün nəzərdə tutulmuş nüvə başlıqları orada saxlanılır.
“The Guardian” Şotlandiyanın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Sepa) sənədlərinə istinadən hərbi bazanın borularının dəfələrlə partladığını yazıb.
Borularda partlamalar 2010-cu ildə bir dəfə, daha sonra 2019-cu ildə iki dəfə və 2021-ci ildə iki dəfə baş verib.
Borulardan döyüş başlıqlarında istifadə olunan radioaktiv tritiumla çirklənmiş su sızdığı bildirilir.
Məlumatda o da qeyd olunur ki, Sepa və Böyük Britaniyanın Müdafiə Nazirliyi uzun illər sızmalarla bağlı məlumatı gizlətməyə çalışıb və bunun milli təhlükəsizlik məsələsi olduğunu iddia edib.
Lakin bu yaxınlarda Şotlandiyanın İnformasiya Komissarı Devid Hamilton məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı göstəriş verib.
Oxşar xəbərlər
“Fukusima-1”in ikinci enerji blokunda radioaktiv su sızıb
Britaniyanın şimalında qasırğa nəqliyyatın hərəkətini iflic edib
ABŞ 17 ildən sonra ilk dəfə Britaniyada nüvə silahı yerləşdirib
AEBA: İranda radioaktiv çirklənmə ilə bağlı əhali üçün təhlükə yoxdur
Ukraynalı pilotların üçüncü qrupu Britaniyada təlimlərini başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
