Zelenski Sumı istiqamətində cəbhə xəttində olub
sizinxeber.az xəbər saytı

Zelenski Sumı istiqamətində cəbhə xəttində olub


Ukrayna Prezidenti Volodimir Zelenski 225-ci həmlə alayının Sumı vilayətindəki idarəetmə məntəqəsinə gedib.

Sizinxeber.az xəbər verir ki, bu barədə onun özü “Telegram” hesabında yazıb.

O qeyd edib ki, şəxsi heyətlə görüş zamanı Andreyevka və Kondratovka istiqamətlərindəki vəziyyətlə bağlı məruzələr dinlənilib, Rusiyanın nəzarətindəki ərazilərin azad edilməsi üzrə növbəti addımlar müzakirə edilib:

“Şəxsi heyətin təminatı, o cümlədən gənc əsgərlərin və təlimçilərin hərbi hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi apardıq. Alayın komandiri onun briqada səviyyəsində komplektləşdirilməsini xahiş etdi. Bu məsələ Baş Qərargahın rəisi ilə müzakirə olunacaq”.

Zelenski Kursk əməliyyatında iştirak edən hərbçiləri təltif edib:

“Ukrayna uğrunda xidmətlərinizə görə hər zaman sizə minnətdar olacaq, vətən üçün canından keçən hər bir kəsin xatirəsinə daim ehtiram göstərəcəyik”.

Oxşar xəbərlər

Zelenski: Ukrayna və ABŞ silah təchizatı ilə bağlı detalları dəqiqləşdirir
Zelenski: Ukrayna Ordusu Kursk vilayətində əməliyyatı davam etdirir, qoşunlarımız mühasirədə deyil
Zelenski: Rusiya Sumı və Xarkov üzərində yeni hücuma hazırlaşır
Zelenski Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun tarixini açıqlayıb
Zelenski: Rusiya Sumı və Xarkov üzərinə yeni hücuma hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər