Moldova XİN rəhbəri: Moskvanın bizə diktə etdiyi vaxtlar çoxdan keçib
sizinxeber.az xəbər saytı

Moldova XİN rəhbəri: Moskvanın bizə diktə etdiyi vaxtlar çoxdan keçib


"Moskvanın atılacaq addımları bizə diktə etdiyi vaxtlar çoxdan keçib".

Sizinxeber.az “Moldova Libera”ya istinadən xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Mixail Popşoy Yevgeniya Qutsulun həbsi ilə bağlı rəsmi Moskvanın fikirlərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, ölkəsi daxili işlərə istənilən müdaxiləni qətiyyətlə rədd edir:

“Ölkəmiz öz vətəndaşlarının maraqları çərçivəsində addımlar atır və Avropa məkanı daxilindəki mövqelərini möhkəmləndirir”, - nazir vurğulayıb.

Qeyd edək ki, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsula hökm oxunub. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moldovanın Qaqauz muxtariyyətinin başçısı Yevgeniya Qutsula qarşı məhkəmənin hökmü müxaliflərə təzyiq cəhdləri və siyasi motivli qərar nümunəsidir.

Oxşar xəbərlər

Putinin sözçüsü Qutsulun həbsini siyasi motivli hesab edir
Yevgeniya Qutsulun həbs müddəti daha 30 gün uzadılıb
Putinlə görüşən qaqauz lider həbs oluna bilər
Qaqauziya başqanı Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib
Kreml Qaqauziya rəhbərinin saxlanmasına münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər