Britaniyanın şimalında qasırğa nəqliyyatın hərəkətini iflic edib
Böyük Britaniyanın şimal bölgələrində müşahidə olunan “Floris” qasırğası nəqliyyatın hərəkətini çətinləşdirib.
APA BBC-yə istinadla xəbər verir ki, Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərənin şimal hissələrində güclü külək əsir, intensiv yağış yağır.
Böyük Britaniyanın Meteoroloji xidməti Şotlandiyanın böyük bir hissəsi üçün narıncı, İngiltərənin şimalı, Uels, Şimali İrlandiya və Şotlandiyanın digər bölgələri üçün isə sarı xəbərdarlıq elan edib.
Ölkənin şimalında dəmir yolu və hava nəqliyyatı ilə hərəkət ciddi şəkildə pozulub. Şərq sahil magistral xətti üzrə Nyukasldan şimala olan bütün qatar reysləri ləğv edilib. “Avanti Vest Kost” şirkəti tərəfindən vətəndaşlara Preston şəhərindən şimala səyahət etməmək tövsiyə olunub. Qlasqodan Şotlandiyanın adalarına planlaşdırılan bəzi aviareyslər də hava şəraiti səbəbindən ləğv olunub. Avtomobil yollarında da ciddi məhdudiyyətlər tətbiq edilib. Şotlandiyanın əsas körpülərinin əksəriyyəti bəzi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Oxşar xəbərlər
Millətlər Liqası: İspaniyadan qələbə, Polşada 6 qol
Britaniya və İrlandiya baş nazirləri Dublində görüşüblər
Konfrans Liqası: "Başakşehir" Sloveniya klubuna uduzub
Prezident İlham Əliyev Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
ETSN əhalini hava xəbərdarlıqlarına əməl etməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













