Çexiya Prezidenti: Ukrayna böyük itkilər vermədən ərazilərini azad etmək gücündə deyil
“Hazırda Qərbin hərtərəfli dəstəyinə baxmayaraq, Ukrayna çox saylı insan itkisi olmadan Rusiyanın işğalındakı ərazilərini azad etmək gücündə deyil. Biz həmin torpaqları heç vaxt Rusiyanın ərazisi kimi tanımayacağıq. Biz sadəcə istəyirik ki, Ukrayna müstəqil, suveren dövlət kimi mövcudluğunu qorusun”.
APA xəbər verir ki, bunu BBC-yə verdiyi müsahibəsində Çex Respublikasının Prezidenti Petr Pavel deyib.
O, rəsmi Moskvanın müharibə arqumentlərini, habelə Rusiya Prezidenti Vladimir Putinin Ukrayna üzrə nizamlanma danışıqlarının tərəfi olaraq yalnız Ağ Ev rəhbəri Donald Trampı gördüyünə dair fikirlərini də şərh edib:
“Mən Rusiyanın müharibə arqumentlərinə inanmıram. Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun arqumentləri belədir ki, Ukrayna Rusiyanın bütün şərtlərini qəbul etsin. Bu, kompromis yox, Ukraynanın bütövlükdə nəzarət altına alınması deməkdir. Prezident Putin deyib ki, o danışıqların tərəfi kimi yalnız Donald Trampı görür. Bu, Avropanı danışıqlar masasından tamamilə uzaqlaşdırmaq deməkdir. Bu isə Avropanın təhlükəsizliyinə təhdiddir. Biz hesab edirik ki, Ukraynaya hərbi dəstəyin verilməsi son dərəcə vacibdir”.
Petr Pavelin toxunduğu növbəti məsələ isə Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti ilə bağlı olub:
“Rusiyanın iqtisadi vəziyyəti hazırda üzləşdiyi təzyiqlərə uzun müddət tam gətirə bilməyəcək. Tez və ya gec Rusiya irəli sürülən bütün şərtləri qəbul edəcək və danışıqlar masasına əyləşərək, müzakirələrdə iştirak edəcək. ”
Oxşar xəbərlər
Tramp Putinin Ukrayna ətrafındakı münaqişəni nizamlamaq istədiyinə inandığını bildirib
Lavrov: Rusiya sülh yolu ilə nizamlanma prosesinə sadiqdir
Kreml: Ukraynadakı vəziyyəti Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil
Ukrayna Rusiyanın ikinci sülh konfransında iştirakına ümid edir
Rusiya Prezidenti: Zelenski Moskva ilə danışıqlara qadağa qoymaqla özünü çıxılmaz vəziyyətə salıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
