Ukrayna Rusiya ilə əlaqəsi olan 5 şirkət və 94 fiziki şəxsə sanksiya tətbiq edib
sizinxeber.az xəbər saytı

Ukrayna Rusiya ilə əlaqəsi olan 5 şirkət və 94 fiziki şəxsə sanksiya tətbiq edib


Ukrayna Rusiyanın neft və neft məhsullarının daşınması ilə məşğul olan “kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən gəmilərin kapitanları da daxil olmaqla, bir sıra ölkələrdən 5 şirkət və 94 fiziki şəxsə qarşı sanksiya tətbiq edib/

Sizinxeber.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.

"Üç sanksiya paketi hazırlanıb və ilk paket bu gün artıq tətbiq edilib. Bunlar Rusiyanın “kölgə donanması”nın kapitanlarına qarşı sanksiyalardır. Biz bütün bunları - bütün bu paketləri tərəfdaşlarımızla sinxronlaşdıracağıq", - o deyib.

Bildirilir ki, fiziki şəxslərin siyahısına 94 nəfər daxildir ki, onlardan 83-ü Rusiya Federasiyasının, qalanları Banqladeş, Gürcüstan, Hindistan, İran, Çin, Myanma, Pakistan kimi ölkələrin vətəndaşlarıdır.

Hüquqi şəxslərin siyahısına isə Rusiya Federasiyasının beş şirkəti, o cümlədən “Qazpromneft Gəmiçiliyi” daxildir.

Oxşar xəbərlər

Ukrayna Prezidenti ABŞ-ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb
Yaponiya Rusiyadan olan 11 fiziki və 29 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib
Ukrayna SEPAH-a və üç ölkədən onlarla hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib
ABŞ 250-yə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib - YENİLƏNİB
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər