Zelenski: Ukrayna Rusiya ilə dövlət başçıları səviyyəsində danışıqlara hazırdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
avq
2025
16:50
0
0
2 551
ff aaaaaaa

Zelenski: Ukrayna Rusiya ilə dövlət başçıları səviyyəsində danışıqlara hazırdır

01 avq, 2025
16:50
2 551

Zelenski: Ukrayna Rusiya ilə dövlət başçıları səviyyəsində danışıqlara hazırdır

“Biz Rusiya tərəfinin bəyanatları ilə tanışıq. Əgər bu, müharibəni davam etdirmək və sanksiyalardan yayınmaq üçün vaxt qazanmaq yox, müharibəni dayandırmaq istəyi və dayanıqlı sülhün bərqərarı istiqamətində siqnaldırsa, Ukrayna istənilən vaxt dövlət başçıları səviyyəsində danışıqlara hazır olduğunu növbəti dəfə təsdiqləyir”.

Sizinxeber.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında yazıb.

“Biz Rusiyada qərarları kimin qəbul etdiyini və müharibəni məhz hansı şəxsin dayandırmalı olduğunu anlayırıq. Bunu tək biz yox, bütün dünya bilir. Ukrayna bəyanatlardan və texniki xarakterli görüşlərdən liderlər səviyyəsində danışıqlara keçidi məqbul sayır. ABŞ da bu təklifi edib, biz isə dəstəkləmişik. İndiki mərhələdə Rusiyanın buna hazır olması tələb olunur”.

O eyni zamanda ABŞ Prezidenti Donald Trampın müharibənin başa çatdırılması və sülhün əldə edilməsi üzrə səylərini dəstəklədiyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul