Almaniya bir neçə milyard avro dəyərində hərbi texnika almağa hazırlaşır
sizinxeber.az xəbər saytı

Almaniya bir neçə milyard avro dəyərində hərbi texnika almağa hazırlaşır


Almaniya hökuməti bir neçə milyard avro dəyərində hərbi texnika, o cümlədən 20 “Eurofighter Typhoon” qırıcısı, 3000 “Boxer” zirehli maşını və 3500-ə qədər “Patria” piyada döyüş maşını almağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təkcə “Eurofighter Typhoon” qırıcılarının sifarişi Almaniyaya 4-5 milyard avroya, “Boxer” zirehli maşınlarının və “Patria” döyüş maşınlarının alınması isə müvafiq olaraq 10 milyard avro və 7 milyard avroya başa gələcək.

Avadanlığın 10 il ərzində Almaniyaya çatdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

KİV: Almaniya “Eurofighter” qırıcılarının Türkiyəyə satışına razılıq verib
Pistorius: Almaniya Kiyevə əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır
Almaniya Ukraynaya əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır
Almaniya seçkilər ərəfəsində 2,5 milyard avroluq silah sifariş edib
ABŞ-nin rüsumları Almaniyaya ildə təxminən 30 milyard avroya başa gələ bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər