Almaniya İsraili Yaxın Şərq siyasətini dəyişməyə çağırıb
Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Florian Han İsrailin hazırkı siyasətini "tamamilə yanlış" adlandırıb və bu ölkəni Yaxın Şərq münaqişəsində siyasi kursunu dəyişməyə çağırıb.
APA xəbər verir ki, Han bu fikirləri BMT-nin Nyu-Yorkda keçirilən Fələstin-İsrail münaqişəsinin həllinə dair konfransında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Almaniya hər zaman İsrailin və onun xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə edəcək. Berlin, eyni zamanda, Fələstin dövlətinin tanınmasını yalnız iki dövlət prinsipinə əsaslanan danışıqların nəticəsində mümkün hesab edir.
"Biz Almaniya olaraq, Fələstin dövlətini bu cür danışıqların sonunda tanımağa üstünlük verəcəyimizi bəyan etmişik. Bu, bizim mövqeyimiz olaraq qalır. Ancaq görürük ki, İsrailin hazırkı siyasəti əks istiqamətdə irəliləyir", – deyə Florian Han bildirib.
Oxşar xəbərlər
Almaniya Fələstin əhalisinə 30 milyon avro yardım ayıracaq
Prezident İlham Əliyev: Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq
Makron: Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə aparan yeganə yoldur
Rusiya fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Rusiya Prezidenti Yaxın Şərq məsələsini Ərdoğanla müzakirə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












