Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib
sizinxeber.az xəbər saytı

Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa Rusiya ilə bağlı daha sərt mövqeyə görə təşəkkür edib.

APA xəbər verir ki, Zelenski bu barədə öz “X” hesabında paylaşım edib.

Zelenski Trampın son bəyanatının onun qətiyyətini və bu danışıqlarda aydın mövqenin olmasını nümayiş etdirdiyini bildirib.

"Prezident Trampa insanların həyatının xilas edilməsinə və bu dəhşətli müharibənin dayandırılmasına diqqət yetirdiyinə görə təşəkkür edirəm. Ukrayna sülhə sadiq qalır və ölkələrimizi daha təhlükəsiz, güclü və firavan etmək üçün ABŞ ilə yorulmadan çalışacaq", - Zelenski yazıb.

Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Moskvanı 50 gün ərzində sülh razılaşmasına nail olmağa çağırıb. Əks halda ABŞ Rusiya ilə ticarətini davam etdirən bütün dövlətlərə 100% “ikinci dərəcəli” rüsumlar tətbiq edəcək.

Oxşar xəbərlər

Zelenski: Amerikaya və Trampa dəstəyə görə təşəkkür edirəm
Zelenski Trampa cavab verib: Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm
Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram
Zelenski Putinin təhdidlərinə sərt reaksiya verib
Zelenski Rusiya nümayəndə heyətini “axmaq” adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər