Tramp: Putinə Ukraynaya görə 10-12 günlük möhlət verəcəyəm
sizinxeber.az xəbər saytı

Tramp: Putinə Ukraynaya görə 10-12 günlük möhlət verəcəyəm


Putinə verdiyim 50 günlük möhlətin müddətini azaldacam.

Sizinxeber.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Biz dəfələrlə prezident Putinlə telefonda danışmışıq. O, Kiyevə və başqa şəhərlərə raket ataraq çoxlu insan öldürür. Mən ondan çox məyusam. Ona verdiyim 50 günü də azaldacağam” - Tramp bildirib.

Tramp Putinə 10-12 günlük möhlət verəcəyini vurğulayıb.

ABŞ lideri daha sonra Britaniya Baş naziri Keir Starmer ilə təkbətək danışıqlara başlayıb.

Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt verdiyini, əks təqdirdə Moskvaya sanksiyalar tətbiq edəcəyini demişdi.

Oxşar xəbərlər

Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
Tramp: Həm Rusiya, həm də Ukraynadan məyusam
Tramp "TikTok"a 90 gün möhlət verə biləcəyini açıqlayıb
Tramp: Ukraynaya çox kömək edirəm, amma bu müharibə başlamamalı idi
ABŞ Prezidenti: Kiyev Putinə Ukraynanı bombalamaq üçün bəhanə verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər