Almaniyada sərnişin qatarı qəzaya uğrayıb, üç nəfər ölüb
Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürtemberq federal torpağında, Ridlingen yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində azı üç nəfər həlak olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə DPA agentliyi yerli polisə istinadən məlumat yayıb.
“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Onlarla sərnişin yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Vaqonlardakı bütün sərnişinlər təxliyə edilib, lakin hazırda vaqonlar qaldırılır ki, altlarında qalanların olub-olmadığı müəyyənləşsin”, – Baden-Vürtemberqin daxili işlər naziri Tomas Ştrobil “Bild” qəzetinə açıqlamasında bildirib.
Almaniyanın kansleri Fridrix Merts hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Oxşar xəbərlər
Almaniyada sərnişin qatarı relsdən çıxıb, xeyli sayda yaralı var
Rusiyada sərnişin qatarı relsdən çıxıb, yaralılar var
Rusiyada sərnişin qatarı relsdən çıxıb, çoxlu yaralı var - FOTO
Almaniyada yük maşınının tramvayla toqquşması nəticəsində 1 nəfər ölüb, yaralananlar var
Rusiyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 140-a çatıb - FOTO - VİDEO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













