Sizinxeber.az » DÜNYA » Avropa » Ukrayna Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi: bu dəfə kimlər hədəfdədir?

Ukrayna Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi: bu dəfə kimlər hədəfdədir?

Ukrayna bir sıra Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Sizinxeber.az xəbər verir ki, ölkənin prezidenti Volodimir Zelenskinin rəsmi saytında sanksiyalarla bağlı iki fərman –dərc olunub.

Fərmanlara əsasən, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 27 iyul tarixli “Fiziki və hüquqi şəxslərə qarşı fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiq edilməsi haqqında qərarı qüvvəyə minir.

Siyahıya 45 fiziki və 50 hüquqi şəxs daxil edilib. Söhbət müddətsiz, ya da 10 il müddətinə tətbiq olunan sanksiyalardan gedir. Bunlara aktivlərin dondurulması, ticarət əməliyyatlarına məhdudiyyətlər və digər tədbirlər daxildir.

Sanksiyaya məruz qalan qurumlar arasında bunlar da var:

“Moskva xüsusi ərintilərin emalı zavodu” ASC

“Titan vadisi” xüsusi iqtisadi zonası ASC

“Ural kimya maşınqayırma zavodu” ASC

Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasuk Facebook səhifəsində qeyd edib ki, bu fərmanla Ukrayna öz sanksiyalarını Avropa İttifaqının 18-ci sanksiya paketi ilə sinxronlaşdırıb.

“Bundan əlavə, biz nadir torpaq metalları / müdafiə-sənaye kompleksi paketini də hazırladıq. Bu, Rusiyanın müdafiə sənayesinin tələbləri üçün nadir, strateji və qiymətli metalların emalında iştirak edən şirkətlərə qarşı tətbiq edilib,” – deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !