Britaniyanın müxalifət lideri miqrantlar üçün istifadə olunan otelin bağlanmasını dəstəkləyib
Böyük Britaniyanın müxalifətdə olan Mühafizəkarlar Partiyasının lideri Kemi Beydnok, İngiltərənin şərqində, Esseks qraflığının Epping şəhərində qanunsuz miqrantların yerləşdirildiyi otelin dərhal bağlanmasını dəstəklədiyini bildirib. O, bunu ölkədə davam edən etirazlar fonunda söyləyib.
Sizinxeber.az xəbər verir ki, müxalifət lideri bunu Sky News telekanalına verdiyi müsahibədə bildirib.
Beydnok deyib ki, bəli, mən razıyam otel bağlanmalıdır: “İnsanların etiraz etməyə qanuni haqqı var. Şəhərə çoxlu təxribatçının gəlməsi və vəziyyəti qızışdırmağa çalışması düzgün deyil. Etirazçılar açıq şəkildə bildirirlər ki, baş verənlər qəbuledilməzdir. Biz oteldə qalan şəxslərdən birinin cinayət törətdiyini gördük”.
Beydnokun sözlərinə görə, hakimiyyət orqanları sığınacaq müraciətlərini sürətləndirilmiş şəkildə nəzərdən keçirməli və qanunsuz miqrantların bu qədər kütləvi şəkildə ölkəyə gəlməsinin qarşısını almalıdır.
Qeyd edək ki, Britaniya Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, 2025-ci ilin mart ayına olan vəziyyətə əsasən, ölkə üzrə 210 oteldə ümumilikdə 32 min qanunsuz miqrant yerləşdirilib. 2025-ci ilin əvvəlindən etibarən təxminən 20 min qanunsuz miqrant şişirdilmiş qayıqlarla La-Manş boğazından keçərək Böyük Britaniyaya daxil olub. Bu göstərici 2024-cü ilin ilk yarısı ilə müqayisədə 48%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 75% çoxdur.
Oxşar xəbərlər
Britaniyanı qanunsuz mühacirlərə qarşı etirazlar bürüyüb
Britaniyada qeyri-qanuni mühacirlərin otellərə yerləşdirilməsinə qarşı etirazlar davam edir
Cənubi Koreyada müxalifət lideri prezidentin əmrlərinə tabe olmamağa çağırıb
Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib
Türkiyədəki otel yanğını ilə bağlı otelin sahibi həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
