Yunanıstanda baş verən meşə yanğınları davam edir
sizinxeber.az xəbər saytı

Yunanıstanda baş verən meşə yanğınları davam edir


Yüksək temperaturun hökm sürdüyü Yunanıstanda baş verən meşə yanğınlarının böyük hissəsi nəzarət altına alınıb. Lakin Çuha adası və Mora yarımadasında yerləşən Messiniya bölgəsindəki yanğınlar hələ də davam edir.

Sizinxeber.az xəbər verir ki, Yunanıstan Yanğınsöndürmə Xidmətinin mətbuat katibi Vasilis Vatrakoyannis mətbuat konfransında meşə yanğınlarının son vəziyyəti barədə məlumat verib.

Vatrakoyannis bildirib ki, gecə boyu yanğınlarla mübarizə fasiləsiz davam etdirilib.

Onun sözlərinə görə, Mora yarımadasındakı Lakoniya bölgəsində, Eqriboz adasında və Krit adasının Xanya bölgəsində başlayan yanğınlar əsasən nəzarət altına alınıb, lakin bəzi sahələrdə yanğınlar qarşı havadan və qurudan müdaxilə davam edir.

Oxşar xəbərlər

İzmirdə meşə yanğınları ilə mübarizə davam etdirilir, 2 nəfər həlak olub
Türkiyənin İzmir bölgəsində meşə yanğını baş verib
Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir - YENİLƏNİB
Amerikada meşə yanğınlarında ölənlərin sayı açıqlanıb
Amerikada meşə yanğınlarında ölənlərin sayı məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər