Rusiya ordusu Ukraynanın bir sıra vilayətlərinə hücum edib, yaralananlar və dağıntılar var
Rusiya ordusu növbəti dəfə Ukraynaya hücum ediblər, nəticədə xəsarət alanlar və dağıntılar barədə məlumatlar var.
APA xəbər verir ki, Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın Telegram kanalında verdiyi məlumata görə, axşam saatlarından etibarən ruslar vilayətin iki rayonuna hücum ediblər.
“Nikopol rayonuna ağır artilleriya və “Qrad” reaktiv yaylım atəş sistemləri ilə atəş açılıb. Həmçinin dronlar göndərilib və pilotsuz uçuş aparatlarından döyüş sursatı atılıb. Hücumlar rayon mərkəzini əhatə edib”, – deyə o bildirib və əlavə edib ki, yaşayış məntəqələrində beş fərdi ev və elektrik xətləri zədələnib.
Hücum nəticəsində dörd nəfər yaralanıb – 47 və 60 yaşlı kişilər, 40 və 58 yaşlı qadınlar. Onlar həkim nəzarəti altındadır.
“Sinelnikov bölgəsində Velikomixaylovka və Mejevskidə partlayış səsləri eşidilib. Bu ərazilər dronlarla vurulub. Xoşbəxtlikdən yaralanan olmayıb. Zədələnmiş obyektlər arasında infrastruktur və yerli sakinlərə məxsus evlər var”, – deyə Lısak bildirib.
Oxşar xəbərlər
Rusiya Dneprə zərbə endirib, ölənlər və yaralananlar var
Rusiya Kiyevə raket hücumu edib, ölən və yaralananlar var
Rusiya Tambov vilayətində Ukrayna pilotsuz təyyarələrinin üç nəfəri yaraladığını bildirib
Rusiya Kiyevə kamikadze dronlarla hücum edib: yaralananlar var
Ukraynaya gecə hücumları nəticəsində paytaxtda 4 nəfər ölüb, qərb şəhərləri də zərbə altındadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
