Fransa Kassasiya Məhkəməsi Bəşər Əsədə qarşı həbs orderini ləğv edib
sizinxeber.az xəbər saytı

Fransa Kassasiya Məhkəməsi Bəşər Əsədə qarşı həbs orderini ləğv edib


Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədə qarşı çıxarılmış həbs orderini etibarsız hesab edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məhkəmənin açıqlamasında vurğulanıb ki, dövlət başçısının toxunulmazlıq statusu dəyişdirilə bilməz və fəaliyyətdə olan prezidentə qarşı istənilən həbs orderi istisnasız şəkildə qanunsuz sayılır.

Bununla belə, Kassasiya Məhkəməsinin sədri Kristof Sular qeyd edib ki, Əsəd artıq prezident postunu tutmadığı üçün ona qarşı yeni həbs orderləri çıxarıla bilər.

Qeyd edək ki, Kassasiya Məhkəməsi Fransada mülki və cinayət işləri üzrə ən yüksək məhkəmə instansiyasıdır.

Oxşar xəbərlər

Fransa məhkəməsi Bəşər Əsədin həbsinə verilmiş orderi ləğv edib
Fransa məhkəməsi Bəşər Əsədin həbsi barədə qərarı ləğv edib
Rüşvətə görə həbs olunan xəstəxana direktoru ilə bağlı şikayətlər geri götürülüb
Məhkəmə Rövşən Novruzoğlu ilə bağlı qərar verib
MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər