İstanbulda İran və “Avropa üçlüyü” arasında danışıqlar başa çatıb - YENİLƏNİB
İstanbulda İran və “Avropa üçlüyü”nün nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə İran XİN rəhbərinin müavini Kazım Qəribabadi özünün “X” hesabında məlumat verib.
O, İran tərəfinin öz prinsiplərini qarşı tərəfə çatdırdığını və Qərbin mövqeyini tənqid etdiyini bildirib.
Hər iki tərəf dialoqun gələcəkdə də davam etdirilməsi barədə razılaşıb.
***
11:22
İstanbulda İran və “Avropa üçlüyü” arasında danışıqlar başlayıb.
Sizinxeber.az “Anadolu”ya istinadən xəbər verir ki, İran və “Avropa üçlüyü” - Böyük Britaniya, Fransa və Almaniya nüvə proqramını müzakirə etmək üçün İstanbulda görüş keçirir.
Danışıqlarda İranı xarici işlər nazirinin müavinləri Məcid Taxt-Rəvançi və Kazem Qəribabadi təmsil edirlər.
Oxşar xəbərlər
İstanbulda İran və “Avropa üçlüyü” arasında danışıqlar başlayıb
Fransa XİN: İran və "Avropa üçlüyü" arasında məsləhətləşmələr baş tutmayacaq
Avropa üçlüyü İstanbulda İranla nüvə məsələsini müzakirə edəcək, rəsmi danışıqlar aparılmayacaq
Rubio İstanbulda Avropa milli təhlükəsizlik müşavirləri ilə Ukrayna və İran məsələlərini müzakirə edir
Cenevrədə İranla "Avropa üçlüyü" arasında danışıqlar başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













