Zelenski Ukraynada dövlət xərclərinin təcili auditinin aparılacağını bildirib
sizinxeber.az xəbər saytı

Zelenski Ukraynada dövlət xərclərinin təcili auditinin aparılacağını bildirib


Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə dövlət xərclərinin təcili auditinin aparılacağını bəyan edib.

APA xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" kanalında yayımladığı videomüraciətində məlumat verib.

"Bu gün mən bürokratik prosedurların azaldılması və dövlət xərclərinin dərhal auditinin aparılması ilə bağlı fərman imzaladım", – deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, hökemətdən auditin nəticələrinin bir ay ərzində təqdim olunması tələb olunur.

Prezident əlavə edib ki, Ukraynanın müdafiəsinə mümkün qədər çox dövlət vəsaiti yönəldilməlidir.

Oxşar xəbərlər

Zelenski: Şmıhal Ukraynanın müdafiə naziri təyin olunacaq
Zelenski: Ukraynanın hava hücumundan müdafiəsi dərhal gücləndirilməlidir
Zelenski: Rusiya yeni döyüş əməliyyatlarına hazırlaşır
Zelenski: Ukrayna bu ay bir neçə HHM sistemi alacaq
Zelenski: Faydalı qazıntılar üzrə razılaşma ədalətlidir və Ali Radaya ratifikasiya üçün təqdim olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər