Ukrayna ordusuna aid “Mirage-2000” qırıcısı qəzaya uğrayıb
sizinxeber.az xəbər saytı

Ukrayna ordusuna aid “Mirage-2000” qırıcısı qəzaya uğrayıb


22 iyul 2025-ci il axşam saatlarında Ukrayna ordusunun “Mirage-2000” qırıcısı qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunur ki, uçuş missiyası zamanı təyyarədə nasazlıq yaranıb. Pilot problem barədə uçuş direktoruna məlumat verib.

"Sonra o, böhranlı vəziyyətlərdə tələb olunduğu kimi səriştəli hərəkət edərək uğurla katapult edib. Axtarış-xilasetmə qrupu pilotu tapıb, vəziyyəti stabildir. Heç bir itki yoxdur", - məlumatda deyilir.

Hadisənin səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, bu, Ukraynada Fransanın “Mirage-2000” qırıcısının qəzaya uğraması ilə bağlı ilk məlum hadisədir.

Oxşar xəbərlər

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb
Ukrayna ilk “Mirage-2000” təyyarələrini 2025-ci ilin əvvəlində alacaq
Ukrayna yanvarda “Mirage” qırıcılarının ilk partiyasını alacaq
Fransa istehsalı "Mirage 2000" döyüş təyyarələrinin ilk partiyası Ukraynaya gətirilib
“Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər