Kanada Ukrayna üçün "Leopard 2" tanklarının texniki xidmətinə 14,6 milyon dollar ayıracaq
sizinxeber.az xəbər saytı

Kanada Ukrayna üçün "Leopard 2" tanklarının texniki xidmətinə 14,6 milyon dollar ayıracaq


Kanada hökuməti Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün "Leopard 2" tanklarının texniki xidməti məqsədilə əlavə 20 milyon Kanada dolları (təxminən 14,6 milyon ABŞ dolları) ayıracaq.

Sizinxeber.az xəbər verir ki, bu barədə Kanada milli müdafiə naziri Devid Makqinti Ukrayna üzrə Əlaqələndirmə Qrupunun virtual iclasında məlumat verib.

Nazirin sözlərinə görə, avqust ayından etibarən Kanada Polşada yerləşən logistika mərkəzinə 50 ədəd zirehli texnika göndərməyə başlayacaq. Bu təchizatın ilin sonuna qədər tam başa çatdırılması planlaşdırılır.

Makqinti həmçinin vurğulayıb ki, Kanada 2022-ci ilin fevralından bu yana Ukraynaya ümumilikdə 6,5 milyard Kanada dolları (təxminən 14,75 milyard ABŞ dolları) həcmində hərbi yardım göstərməyi öhdəsinə götürüb.

Oxşar xəbərlər

Kanada Ukraynaya 305,7 milyon dollarlıq hərbi yardım göstərəcək
Kanada Ukraynaya 305,7 milyon dollarlıq hərbi yardım göndərəcək
Kanada gələn il NASAMS kompleksini Ukraynaya verəcək
Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini təsdiqləyib
Kanada Ukraynaya 47 milyon dollarlıq növbəti yardım paketini elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər