KİV: Ukrayna ABŞ-dan aldığı "Abrams" tanklarının əksəriyyətini itirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
iy
2025
02:50

KİV: Ukrayna ABŞ-dan aldığı "Abrams" tanklarının əksəriyyətini itirib

19 iy, 2025
02:50
367

KİV: Ukrayna ABŞ-dan aldığı "Abrams" tanklarının əksəriyyətini itirib

Ukrayna Silahlı Qüvvələri ABŞ-ın verdiyi "Abrams" tanklarının 27-ni itirib, cəmi 4 ədəd tank istismarda qalıb.

APA xəbər verir ki, bu barədə "The National Interest" jurnalı məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, "Abrams" tankları müasir və etibarlı texnika sayılsa da, Ukraynadakı döyüşlərdə ciddi çətinliklərlə üzləşib.

Jurnalın yazdığına görə, hava və artilleriya dəstəyinin olmaması, texniki heyət çatışmazlığı, canlı qüvvə və texnika qıtlığı "Abrams" tanklarının ön cəbhədə effektivliyini xeyli azaldıb.

Bizimlə əlaqə saxlayın