NATO Rusiyanın müttəfiqlərə qarşı kiber əməliyyatlarını pisləyib
sizinxeber.az xəbər saytı

NATO Rusiyanın müttəfiqlərə qarşı kiber əməliyyatlarını pisləyib


NATO Rusiyanın müttəfiq ölkələrə qarşı kiber əməliyyatlarını pisləyib.

Sizinxeber.az xəbər verir ki, NATO bir sıra blok ölkələrinə - Estoniya, Fransa, Böyük Britaniya və ABŞ-a qarşı hədəflənmiş kiber fəaliyyətlər müşahidə edib.

Blok bu kiber hücumların arxasında Rusiyanın hərbi kəşfiyyat xidməti olan QRU-nun dayandığını bildirib.

NATO Rusiyanın Rumıniya əleyhinə də kiber hücumlar həyata keçirdiyini bəyan edib.

“Biz kiber hücumların qarşısının alınması üçün hər növ imkandan faydalanmaqda qərarlıyıq. Biz Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə və kiberməkanda BMT tərəfindən təsdiq olunan çərçivədə özünü məsuliyyətli bir dövlət kimi aparmağa çağırırıq”, - hərbi blokun bəyanatında deyilir.

Qeyd edək ki, bu gün Böyük Britaniya Rusiya kəşfiyyatına bağlı 18 şəxsə və QRU-nun üç şöbəsinə qarşı sanksiyalar tətbiq edib.

Oxşar xəbərlər

Alman kəşfiyyatı NATO və Aİ-yə kiberhücumların arxasında Rusiyanın dayandığını açıqlayıb
Xidmət rəisi: Seçkilər zamanı Azərbaycana qarşı kiber hücumlara cəhdlər vardı
Zaxarova: Ukraynanın Rusiyada törətdiyi terror aktlarının arxasında ABŞ, Britaniya və NATO dayanır
Türkiyədə kiber cinayətkarlıqla bağlı qanun qüvvəyə minib
Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər