Kaya Kallas: Aİ Rusiyaya qarşı ən sərt sanksiyalar paketini təsdiqləyib
sizinxeber.az xəbər saytı

Kaya Kallas: Aİ Rusiyaya qarşı ən sərt sanksiyalar paketini təsdiqləyib


Avropa İttifaqı Rusiyaya qarşı ən güclü sanksiya paketlərindən birini elan edib.

APA xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabındakı paylaşımında bu sanksiyaların Rusiyanın hərbi büdcəsini daha çox məhdudlaşdıracağını bildirib.

“Biz möhkəm dayanmışıq. Aİ indicə Rusiyaya qarşı ən güclü sanksiya paketlərindən birini təsdiq etdi. Beləliklə, Rusiya banklarının maliyyə mənbələrinə çıxışı məhdudlaşdırılacaq, hərbi büdcəsi daha da azalacaq, Rusiyanın gizli fəaliyyət göstərən daha 105 gəmisinin fəaliyyəti ziyan görəcək. “Şimal axını” boru kəmərləri qadağan ediləcək. Biz Rusiyanın hərbi sənayesinə təzyiqi artırırıq. Rusiyaya sanksiyalardan yayınmağa yardım göstərən Çin banklarına da məhdudiyyətlər qoyuruq. O cümlədən, dron istehsalında istifadə olunan texnologiya ixracatına da mane oluruq”, - Kallas qeyd edib.

Kaya Kallas Hindistanda fəaliyyət göstərən “Rosneft” neft emalı şirkətinə qarşı da sanksiyaların tətbiq edildiyini vurğulayıb.

Kallas Rusiya üçün irəliyə yeganə yolun aqressiyanı dayandırmaq olduğunu qeyd edib.

Oxşar xəbərlər

Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib
Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib
Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər
Kaya Kallas: İranın Rusiyaya hərbi dəstəyi beynəlxalq təhlükəsizlik üçün böyük təhdiddir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər