Parisdə qaz sızmasına görə Şimal Vağzalı təxliyə edilib
sizinxeber.az xəbər saytı

Parisdə qaz sızmasına görə Şimal Vağzalı təxliyə edilib


Parisin əsas nəqliyyat qovşaqlarından olan Şimal Vağzalı (Gare de Nord) günün ikinci yarısında qaz sızması təhlükəsi səbəbilə təxliyə edilib.

APA xəbər verir ki, Fransa Dəmir Yolları Şirkətinin açıqlamasına görə, hadisə əsas xətlərdə 5-dən 30 dəqiqəyə qədər gecikmələrə səbəb olub.

Vağzala polis qüvvələri cəlb olunub, təhlükəsizlik səbəbilə geniş perimetrdə nəqliyyatın hərəkəti dayandırılıb.

Qaz sızması barədə ilk məlumatı polis əməkdaşları qeydə alıblar. Onlar vağzalda şübhəli qoxu hiss etdikdən sonra təcili olaraq təhlükəsizlik perimetri qurulub və insanlar vağzaldan təxliyə olunub.

Oxşar xəbərlər

İstanbulda yol çöküb - FOTO - VİDEO
Böyük Britaniyada bomba təhlükəsi səbəbi ilə insanlar təxliyə edilib
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub - VİDEO
Çexiyanın şimal-şərqində daşqınlar səbəbindən ən yüksək təhlükə elan edilib
Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər