CNN: Rusiya yaxın vaxtlarda genişmiqyaslı hücuma keçə bilər
Rusiya yaxın günlər və ya həftələrdə Ukraynaya genişmiqyaslı yay hücumuna keçə bilər.
APA xəbər verir ki, bu barədə CNN-də çap olunan məqalədə deyilir.
Bildirilib ki, Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşdirdiyini xəbər verib.
Yazıda deyilir ki, Rusiya ordusu Kupyansk, Pokrovsk və Kostiantynivka bölgələrində mühüm irəliləyişlər əldə edərək Ukrayna qoşunlarını pis vəziyyətdə qoyub. O da bildirilib ki, vəziyyət belə davam etsə, Ukrayna ordusunun şərq cinahında 3 mühüm dayaq nöqtəsi itirilə bilər: “Rusiya son 72 saat ərzində Pokrovskun şimal-şərqində yerləşən Rodinske qəsəbəsinə yaxınlaşıblar. Eyni zamanda, Pokrovskun qərb hissəsində də rus qoşunları irəliləyiş əldə edərək Udaçne kəndini mühasirəyə almağa çalışır ki, bu da Pokrovskdakı Ukrayna qoşunlarına logistik təminatın qarşısına almaqda ruslara daha çox imkan verəcək”.
Analitiklər Trampın Rusiyaya verdiyi 50 günlük möhlətin Putinin işinə yaradığı fikrindədirlər. Onların hesablamalarına görə, 50 gün Rusiyanın alternativ planlar qurması üçün Putinə kifayət edəcək və Vaşinqtona qarşı diplomatik hiylədən istifadə edərək ABŞ-ı qabaqlayacaq.
Şərhçilərin fikrincə, Trampın Rusiyaya verdiyi 50 günlük möhlət həm də Ukraynanın çətinliklərini artırır.
Oxşar xəbərlər
Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb
Rusiya Ukrayna qoşunlarının Kursk vilayətində indiyə qədər verdiyi itkiləri açıqlayıb
Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib
Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi də İstanbulda baş tuta bilər
Rusiya MN: Ukraynanın Kursk vilayətində əks hücumu dəf edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













