Aİ 30%-lik ABŞ tariflərinə qarşı avqustun 1-dək razılaşma üçün çalışacaq
sizinxeber.az xəbər saytı

Aİ 30%-lik ABŞ tariflərinə qarşı avqustun 1-dək razılaşma üçün çalışacaq


Avropa İttifaqı avqustun 1-dək ABŞ-la razılaşma üçün işləməyə hazır olduğunu bildirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen sosial media hesabında paylaşım edib.

AK Prezidenti Aİ-nin öz maraqlarını qorumaq üçün bütün lazımi addımları atacağını qeyd edib:

"Aİ ixracatına 30%-lik rüsum Atlantik okeanının hər iki tərəfindəki müəssisələrə, istehlakçılara və xəstələrə zərər verəcək. Avqustun 1-dək razılaşma üzərində işləməyə davam edəcəyik. Eyni zamanda, biz mütənasib əks tədbirlər əsasında Aİ-nin maraqlarını qorumağa hazırıq".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən etibarən həm Avropa İttifaqından, həm də Meksikadan idxal edilən mallara 30 faiz tarif tətbiq olunacağını açıqlayıb.

Oxşar xəbərlər

ABŞ avqustun 1-dən Aİ və Meksikadan gələn mallara 30 faiz rüsum tətbiq edəcək
Aİ ABŞ-dən idxal olunan mallara əlavə rüsumlar tətbiq edəcək
Tramp və Leyen telefon danışığı aparıb
Avropa İttifaqı ABŞ ilə yeni ticarət strategiyası hazırlayır
AK: Dünya ölkələri Avropa ilə işləmək üçün sıraya düzülür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər