ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
sizinxeber.az xəbər saytı

ABŞ Ukraynaya silah tədarükünü bərpa edib


“Ukrayna öz ərazisində silah tədarükü və istehsalını artırmaq üçün tərəfdaşlarla işləyir.”

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Artıq yaxşı razılaşmalar var. Biz daha çox razılaşmalar gözləyirik, qarşıdakı həftələrdə bunun üçün çalışacağıq. Həqiqətən daha çox qüvvə, daha çox resurs, hava hücumundan maksimum müdafiə, daha çox HHM sistemi əldə edə bilmək üçün hər bir razılaşmanı mümkün qədər tez həyata keçirmək vacibdir. Bu, əsas prioritetdir", - Zelensi videomüraciətində deyib.

Zelenski əlavə edib ki, Ukrayna Avropadakı müttəfiqlərindən və ABŞ-dan yaxşı xəbərlər alıb.

O bildirib ki, əldə etdiyi məlumatlara görə, silah tədarükü artıq bərpa olunub.

Oxşar xəbərlər

Zelenski: Ukrayna bu ay bir neçə HHM sistemi alacaq
Zelenski: Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün silah göndərir
Tramp Ukraynaya “Patriot” raketlərinin tədarükünü bərpa edə bilər
Zelenski: Ukrayna və ABŞ silah təchizatı ilə bağlı detalları dəqiqləşdirir
Zelenski: Ukraynanın lazım olan silahları almağa vəsaiti çatmır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər