Orban Avropa Komissiyasının Prezidentini vəzifəsindən getməyə çağırıb
sizinxeber.az xəbər saytı

Orban Avropa Komissiyasının Prezidentini vəzifəsindən getməyə çağırıb


Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının Prezidenti Ursula von der Leyeni vəzifəsindən getməyə çağırıb.

Sizinxeber.az xəbər verir ki, Orban özünün "X" hesabında Leyeni korrupsiyaya bulaşmaqda və başqa qanunsuz əməllərdə ittiham edib.

“Sabah Avropa Parlamentində təlatümlü bir gün olacaq. Parlament üzvləri Ursula von der Leyenin gedib-getməyəcəyini təyin edəcəklər. Bu səsvermə korrupsiya skandalı ilə əlaqədar keçiriləcək. Amma hamımız bilirik ki, korrupsiya aysberqin sadəcə görünən hissəsidir. Bu səsvermə bacarıq, nəticə və Avropanın gələcəyi ilə bağlıdır”, - Macarıstanın Baş naziri qeyd edib.

O, Avropada qeyri-qanuni miqrasiyanın artması, enerji qiymətlərinin yüksəlməsi, gender ideologiyasının nəzarətdən çıxması və bu kimi digər problemlərə diqqət çəkərək Avropa Komissiyasının Prezidentini vəzifəsindən getməyə çağırıb.

Orban daha əvvəl Ursula von der Leyenin fotosunu paylaşaraq "getmək vaxtıdır" yazıb.

Qeyd edək ki, sabah Avropa Parlamentində Ursula von der Leyenlə əlaqədar etimadsızlıq səsverməsi keçiriləcək.

Oxşar xəbərlər

Orban Avropa Komissiyasını Macarıstan hökumətini devirmək istəməkdə ittiham edib
Orban Avropa Komissiyasını Macarıstan hökumətini devirmək cəhdində ittiham edib
Von der Leyen yenidən Avropa Komissiyasının prezidentliyinə namizəd olacaq
Borrell: Orban Gürcüstana səfərində Aİ-ni təmsil etmir
Orban və Netanyahu Budapeştdə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər