İtaliyada naməlum şəxs təyyarənin mühərrikinə sovrulub
İtaliyanın Milan-Berqamo beynəlxalq hava limanı bağlanıb, bütün reyslər təxirə salınıb.
Sizinxeber.az “Corriere Della Sera” nəşrinə istinadən xəbər verir ki, buna uçuş-enmə zolağında baş verən bədbəxt hadisə səbəb olub.
Hava limanının ərazisinə hərəkət edən təyyarənin qarşısına çıxan naməlum şəxs hava gəmisinin mühərrikinə sovrulub.
İddialara görə, həmin şəxs baqaj qəbulu sahəsindəki qapılardan birini sındırıb və sonra uçuş-enmə zolağına çıxıb və təyyarə qalxmağa hazırlaşarkən onun yoluna çıxıb. O, hadisə nəticəsində həyatını itirib. Onun niyə belə etməsi və şəxsiyyəti məlum deyil. Bu hadisədən sonra təyyarə idarəetməni itirsə də, pilot vaxtında təyyarəni saxlamağı bacarıb. Təyyarə uçuşa qalxa bilməyib.
Oxşar xəbərlər
Torontoda təyyarə qəzasında yaralananların sayı 15-ə çatıb - YENİLƏNİB
Kanadada təyyarənin qanadı uçuş-enmə zolağına çırpılıb
Qazaxıstanın nəqliyyat naziri AZAL-ın təyyarəsindəki qəzanın təfərrüatlarını açıqlayıb
Qazaxıstanın nəqliyyat naziri Aktaudakı təyyarə qəzasının təfərrüatlarını açıqlayıb
Rusiyada təyyarələr hava limanında toqquşub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
ABŞ ordusu İrana zərbələr endirdi: Ölənlər var
-
Azərbaycanda bayram günlərinin havası açıqlanıb
