İmamoğluna "saxta diplom" istintaqı çərçivəsində 8 il 9 aya qədər cəza istənilib
sizinxeber.az xəbər saytı

İmamoğluna "saxta diplom" istintaqı çərçivəsində 8 il 9 aya qədər cəza istənilib


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan və həbs olunan Əkrəm İmamoğlu barədə diplom istintaqında ittiham aktı tamamlanıb.

Sizinxeber.az NTV-yə istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Əkrəm İmamoğlunun diplomunun saxta olduğu aşkarlanıb.

İmamoğluna “rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə 8 il 9 aya qədər həbs cəzası istənilib.

Qeyd edək ki, bir müddət əvvəl İmamoğlunun diplomunun saxta olduğuna dair təsbitlər və gələn anonim məlumatlar əsasında istintaq başladılıb.

İstanbul Universiteti isə İmamoğlunun da daxil olduğu 28 nəfərin diplomlarının “mövcud olmaması” və “açıq texniki səhvlər” səbəbilə geri alınaraq ləğv edildiyini açıqlayıb.

Oxşar xəbərlər

İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunu ləğv edib
Əkrəm İmamoğlu ifadə verib
Əkrəm İmamoğlunun terror istintaqı çərçivəsində verdiyi ifadəsi tamamlanıb- YENİLƏNİB
İmamoğlunun dindirilməsi başa çatıb - YENİLƏNİB-1 - FOTO - VİDEO
İmamoğlunun saxlanılmasından sonra provokativ paylaşım edən 261 nəfər müəyyən edilib, 37-si tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər