ATƏT PA Gürcüstan əleyhinə qətnamə qəbul edib
sizinxeber.az xəbər saytı

ATƏT PA Gürcüstan əleyhinə qətnamə qəbul edib


ATƏT Parlament Assambleyası Gürcüstanda ictimai-siyasi vəziyyətə dair qətnamə qəbul edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, qətnamədə siyasi məhbusların azadlığa buraxılması, dialoq çağırışı edilib, mətbuat və sərbəst toplaşmaq və digər hüquq və azadlıqların təmin edilməsi tələb edilib.

Qətnamədə 26 oktyabr 2024-cü ildə keçirilən parlament seçkilərində müşahidə missiyasının elektoral prosesdə bir sıra qayda pozuntuları aşkarladıqları və bundan dərin narahatlıq keçirildiyi qeyd edilib. Hakimiyyətin inzibati resurslardan istifadə etdiyi, bunun seçki azadlığı prinsipinə zidd olduğu qeyd edilib. Həmçinin dinc etirazçılara qarşı qeyri-bərabər güc tətbiqi qınanılıb. Qətnamədə jurnalistlərin, ictimai fəalların və müxalif siyasətçilərin siyasi motivli həbslərindən, Aİ əleyhinə artan ritorikadan, Rusiya və Çinlə güclənən əlaqələrdən narahatlıq ifadə edilib, Gürcüstan hakimiyyətinin ölkəni Avropaya inteqraisya yolundan uzaqlaşdırdığı vurğulanıb. Qətnamədə Gürcüstan rəsmilərindən vəziyyətin de-eskalasiyası, milli dialoq, Gürcüstan demokratiyasına ictimai etimadın bərpası çağırışları edilib, həmçinin ölkənin Aİ-yə inteqrasiya yoluna qaytarılması, sərbəst toplaşmaq və dinc etiraz hüquqlarına hörmət edilməsi tələb edilib.

Oxşar xəbərlər

Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib - YENİLƏNİB
AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib
Avropa Parlamenti bu gün Gürcüstanla bağlı qətnamə qəbul edəcək
Avropa Parlamenti Zurabişvilini Gürcüstan prezidenti kimi tanıyan qətnamə qəbul edib
ATƏT üzvü olan 37 ölkə Gürcüstanla bağlı bəyanat yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər