Rusiya Poltavaya dron zərbələri endirib, 28 nəfər xəsarət alıb - YENİLƏNİB-1
Rusiyanın Ukraynanın Poltava şəhərinə dron zərbələri nəticəsində 28 nəfər xəsarət alıb.
Sizinxeber.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Poltava Şəhər Şurasının katibi Katerina Yamşikova bildirib.
Onun sözlərinə görə, yaralılardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.
***
12:59
Rusiya Ukraynanın Poltava şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb.
Sizinxeber.az xəbər verir ki, 10 nəfərin isə yaralandığı bildirilir.
***
11:57
Bu gün səhər saatlarında Rusiya Ukraynanın Poltava şəhərinə dron zərbələri endirib.
Sizinxeber.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin Baş qərargahı məlumat yayıb.
Hücum nəticəsində bir neçə ərazidə yanğın baş verib.
“Təəssüf ki, ölənlər və yaralananlar var, xüsusən də mülki şəxslər. Zərərçəkənlər haqqında əlavə məlumat veriləcək”, - Baş qərargahdan bildirilib.
Oxşar xəbərlər
Rusiya Poltavaya dron zərbələri endirib, ölənlər var - YENİLƏNİB
Rusiya Poltavaya dron zərbələri endirib, ölənlər var
Ötən gecə Rusiya Odessaya hava zərbələri endirib, 13 nəfər xəsarət alıb
Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - VİDEO - YENİLƏNİB-1
Rusiya Xarkov və Poltavaya hücum edib, 3 nəfər ölüb, 10 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













