Merz Zelenski ilə Ukrayna hərbçilərinin təlim keçməsi məsələsini müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
iy
2025
01:00

Merz Zelenski ilə Ukrayna hərbçilərinin təlim keçməsi məsələsini müzakirə edib

02 iy, 2025
01:00
632

Merz Zelenski ilə Ukrayna hərbçilərinin təlim keçməsi məsələsini müzakirə edib

Almaniya kansleri Fridrix Merz Ukrayna prezidenti Volodimir Zelenski ilə ukraynalı hərbçilərin “Taurus” qanadlı raketləri ilə işləmək üçün təlim keçməsi məsələsini müzakirə edib və belə bir ssenarinin olması istisna edilmir.

Sizinxeber.az xəbər verir ki, bu haqda Almaniya kansleri Fridrix Merz məlumat verib.

"Biz hələ bu barədə razılığa gəlməmişik. Mən bu barədə Zelenski ilə danışmışam. Bu haqda həmçinin hakim Almaniya koalisiyasında da danışmışam. Biz hələ bu təlimi başlamamışıq. Aydın məsələdir ki, əgər biz “Taurus”ları versək, bu silahlar Böyük Britaniyadan, Fransadan gətirilən digər qanadlı raketlərdə olduğu kimi, alman hərbçiləri tərəfindən deyil, Ukrayna hərbçiləri tərəfindən istifadə olunacaq. Hərbçilərin ondan istifadə etmək üçün təlim keçməsinə ən azı altı ay vaxt lazımdır”, - o bildirib.

Bizimlə əlaqə saxlayın