Rusiya Dnepri ballistik raketlərlə vurub, 7 nəfər ölüb, 70 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Rusiya Dnepri ballistik raketlərlə vurub, 7 nəfər ölüb, 70 nəfər yaralanıb


Rusiya Ukraynanın Dnepr vilayətinə ballistik raketlərlə zərbələr endirib.

APA xəbər verir ki, ən azı 7 nəfərin həlak olduğu, 70-yə yaxın şəxsin isə yaralandığı bildirilir.

Yaralılardan 5-nin vəziyyəti ağırdır. Xəsarət alanlar arasında 10 uşaq da var.

Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Rusiyanın zərbələri nəticəsində mülki infrastruktura, o cümlədən yataqxana, gimnaziya binasına, inzibati binalara, sərnişin qatarına ciddi ziyan dəyib. Qatarın sərnişinləri arasında müxtəlif dərəcəli xəsarətlər alanlar var.

Ukraynanın xarici işlər naziri Andrey Sibiha da hadisə barədə açıqlama verib. Nazir bildirib ki, sərnişin qatarı, məktəblər, uşaq bağçaları, poliklinika və xəstəxanana binaları Rusiyanın zərbələri nəticəsində ziyan görüb.

O, ölənlər və yaralananların olduğunu da deyib.

Oxşar xəbərlər

Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var - YENİLƏNİB
Rusiya Xarkova ballistik raketlərlə zərbə endirib, ölən və yaralananlar var
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Rusiyanın Xarkova raket zərbələri nəticəsində yaralananların sayı artıb- YENİLƏNİB
Rusiya Xarkovda mülki infrastruktura zərbələr endirib, 44 nəfər yaralanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər