sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Siyarto: Hörmüz boğazının bağlanması böhran yaradacaq
“Neft-qaz ixracının 25 faizinin həyata keçirildiyi Hörmüz boğazının bağlanması faydalı qazıntılarla təchizatda kütləvi böhran yaradacaq”.
APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “X” hesabında yazıb.
O, bu halın baş verməməsi üçün atılmalı olan addımlar barədə danışıb:
“İran dünya ictimaiyyətini neft və qaz ixracının 20–25 faizinin həyata keçirildiyi Hörmüz boğazında hərəkəti qadağan edəcəyi ilə hədələyib. Bu addımın belə bir qeyri-sabit şəraitdə atılması təchizat məsələsində kütləvi böhran yaradacaq. Belə bir şəraitdə Avropa İttifaqı Rusiyanın faydalı qazıntılarından imtinanı nəzərdə tutan “RePowerEU” proqramından imtina etməlidir”.
Oxşar xəbərlər
Peter Siyarto Ermənistana səfər edəcək
Peter Siyarto Ukraynanı ittiham edib
Siyarto: Macarıstan və Slovakiya Rusiyadan neft və qazdan imtina planına qarşı çıxacaq
Peter Siyarto: Macarıstanın enerji tələbatı Türk dövlətləri olmadan təmin oluna bilməzdi
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













