Ukrayna və Britaniya XİN rəhbərləri cəbhədəki vəziyyəti müzakirə edib
sizinxeber.az xəbər saytı

Ukrayna və Britaniya XİN rəhbərləri cəbhədəki vəziyyəti müzakirə edib


Ukrayna və Böyük Britaniyanın xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiha "X" hesabında yazıb.

Onun sözlərinə görə, söhbət zamanı Ukrayna - Rusiya cəbhəsindəki vəziyyət, eləcə də NATO-nun Haaqa sammiti və "G7" də daxil olmaqla, qarşıdan gələn önəmli tədbirlər ərəfəsində mövqelərin koordinasiyası kimi məsələlər müzakirə edilib

A. Sibiha Rusiyaya sanksiyaların gələcəkdə daha da genişləndirilməsi niyyətinə görə qarşı tərəfə təşəkkür edib, habelə, ölkəsinin kritik infrastrukturunun müdafiəsi üçün əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu vurğulayıb.

Ukraynalı nazir bölgədə davamlı və dayanıqlı sülhün əldə olunması üçün Rusiyaya təzyiqlərin edilməsini vacib sayıb.

A. Sibiha Ukraynaya dəstək məsələsində Böyük Britaniyanın liderliyini yüksək qiymətləndirib.

Oxşar xəbərlər

Ukrayna XİN başçısı Çinə səfər edəcək
Ukrayna və Ermənistan XİN rəhbərləri görüşüb
ABŞ və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub
Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb - YENİLƏNİB
Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər