Haqqımızda Reklam
ru
15 
in
2025
11:50

ISW: Rusiya tərəfi Dnepropetrovsk vilayətinə üç istiqamətdən hücum etməyə çalışırlar

15 in, 2025
11:50
359

ISW: Rusiya tərəfi Dnepropetrovsk vilayətinə üç istiqamətdən hücum etməyə çalışırlar

Rusiya ordusu Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə çıxmağa çalışırlar, eyni anda bir neçə istiqamətdən irəliləyirlər.

Sizinxeber.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında qeyd olunur. Analitiklər detallı olaraq bildirirlər ki, ruslar şərqdən Novopavlovka kəndinə doğru üç taktiki istiqamətdən tədricən irəliləyirlər və Dnepropetrovsk vilayətinə daxil olmağa çalışırlar.

Həmçinin, geolokasiya edilmiş videolar rusların Orexovo kəndinin (Novopavlovkanın şərqində yerləşir) mərkəzi hissəsində irəliləyişini göstərir. Mümkündür ki, onlar artıq bu kəndi ələ keçiriblər.

Analitiklər xatırladırlar ki, Rusiya Dnepropetrovsk vilayətinə çoxistiqamətli hücum həyata keçirir — hücumlar şərqdən, cənub-şərqdən və cənubdan Novopavlovka istiqamətində aparılır.

Bizimlə əlaqə saxlayın