Главная > Asiya > İmamoğlu və digər 90 şübhəlinin prokurorlar qarşısında ifadələri başa çatıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
İmamoğlu və digər 90 şübhəlinin prokurorlar qarşısında ifadələri başa çatıb - YENİLƏNİB-2 - FOTO - VİDEO23-03-2025, 04:50. Разместил: Rss Bot Apa |
|
İstanbul Böyülşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin prokurorlar qarşısında ifadələri başa çatıb. Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğu ifadələrin alınmasından sonra həbs etmə tələbi ilə Ə. İmamoğlunu məhkəməyə göndərib. Qeyd edək ki, Ə. İmamoğlu və ittiham edilən digər 90 şəxsin işinə 12 hakim baxacaq. Onların ifadələrində isə 34 prokuror iştirak edib.
Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, məhkəmə qarşısında Ə. İmamoğluna qarşı iddialara etiraz etmək üçün minlərlə insan yığışıb. Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Ə. İmamoğlu və digər 90 şübhəliyə qarşı “PKK terror təşkilatı ilə əməkdaşlıq”, “korrupsiya”, “rüşvət alma və vermə”, o cümlədən digər ittihamlar irəli sürüb. *** Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iki istintaq üzrə 30 prokurorun iştiraki ilə başlayan ifadə prosesinin səhər saatlarına qədər davam edəcəyi gözlənilir.
Onunla birlikdə ittiham olunan 90 nəfər də məhkəmə qarşısına çıxarılacaq.
Вернуться назад |