Главная > Asiya / DÜNYA > İsrail ordusu İordan çayı sahilində əməliyyatların genişləndirildiyini açıqlayıb
İsrail ordusu İordan çayı sahilində əməliyyatların genişləndirildiyini açıqlayıb2-02-2025, 14:50. Разместил: Rss Bot Apa |
|
İsrail Müdafiə Qüvvələri yanvarın 21-də İordan çayının qərb sahilinin şimalında başlayan terrorla mübarizə əməliyyatlarını genişləndirib. Mübarizə daha 5 yaşayış məntəqəsində aparılır. APA xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Qüvvələri bəyanat yayıb. “Ordumuz Samariyanın şimalında terrorizmin qarşısını almaq üçün əməliyyatı beş yaşayış məntəqəsinə genişləndirir” – bəyanatda qeyd edilir. İsrail ordusunun mətbuat xidməti təsdiqləyib ki, fevralın 1-də İordan çayının qərb sahilinin şimalında Kabatiya və Cenində silahlı radikal birləşmələrə üç hava zərbəsi endirib. Вернуться назад |