Главная > Asiya > Konyada çökən binanın altında qalan 3 nəfər xilas edilib - YENİLƏNİB
Konyada çökən binanın altında qalan 3 nəfər xilas edilib - YENİLƏNİB25-01-2025, 05:50. Разместил: Rss Bot Apa |
|
Türkiyənin Konya vilayətində çökən binanın dağıntıları altında axtarış-xilasetmə işləri davam edir. Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları dağıntılar altında qalan 5 nəfərlə telefonla əlaqə qurub. Xilasedicilərin çökmə zamanı sağ qalan 3 nəfəri dağıntıların altından sağ çıxardığı bildirilir. Dağıntılar altında qalan insanların xilas edilməsi üçün işlər davam etdirilir. *** 22:26 Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub. Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Selçuklu rayonunda uçan binanın dağıntıları altında qaldıqları ehtimal olunan 5 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri başladılıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis əməkdaşları cəlb olunub. Konya valisi İbrahim Akın binada 5 nəfərin olduğu barədə məlumat aldıqlarını, başqa mənzillərdə sakin olub-olmadığı ilə bağlı araşdırma apardıqlarını bildirib.
Вернуться назад |