Главная > Asiya > “Fukusima-1” AES-i texniki suyun 9-cu partiyasını okeana atmağa başlayıb
“Fukusima-1” AES-i texniki suyun 9-cu partiyasını okeana atmağa başlayıb26-09-2024, 09:50. Разместил: Rss Bot Apa |
|
Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasının administrasiyası bütün radioaktiv maddələrdən təmizlənsə də tərkibində hələ də hidrogenin radioaktiv izotopu tritium qalan texniki suyun doqquzuncu partiyasını okeana atmağa başlayıb. APA xəbər verir ki, bu barədə AES-in sahibi olan Tokyo Electric Power bildirib. Qeyd edilib ki, oktyabrın 13-ə qədər təxminən 7,8 min ton su okeana buraxılacaq. Vurğulanıb ki, suyun tərkibindəki tritium dövlət xidmətlərinin müfəttişləri və şirkətin özü tərəfindən yoxlanılıb, təhlükəsizlik standartlarına uyğundur. Вернуться назад |