Rusiyanın Pakistandakı səfiri Albert Xoryevin kortejinin ölkənin şimal-qərbində minaya düşməsi nəticəsində 1 polis əməkdaşı həlak olub.
APA-nın xəbərinə görə, bunu Pakistanın Svat dairəsinin polis idarəsinin zabiti Zahid Ulla Xan bildirib.
Mina partlayışı nəticəsində 4 polis əməkdaşı isə yaralanıb.
***
saat 18.37
Rusiyanın Pakistandakı səfiri Albert Xoryevin korteji bu ölkənin şimalında minaya düşüb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Minqor şəhərindən hotelə gedərkən səfiri müşayiət edən polislərin olduğu avtomobil minaya düşüb.
Bir neçə polis əməkdaşı xəsarət alıb. Rusiyalı diplomatlar arasında xəsarət alan olmayıb.