İsrail Ordusu yenidən Hizbullah Hərəkatının Livandakı obyektlərinə kütləvi aviazərbələr endirməyə başlayıb.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.
“Hazırda İsrailı Ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirir”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu, gün ərzində Hizbullah obyektlərinə ikinci kütləvi aviazərbə dalğasıdır. Bundan əvvəl İsrail Ordusu Hizbullah Hərəkatının Livanda 180 obyektinə aviazərbə endirildiyi barədə məlumat yaymışdı.