DataLife Engine / İsrail PUA-sı Dəməşqdə avtomobili vurub, ölən və yaralanan var

İsrail PUA-sı Dəməşqdə avtomobili vurub, ölən və yaralanan var

Suriyanın paytaxtı Dəməşqdə İsrail ordusuna məxsus pilotsuz uçuş aparatından aeroport şossesi ilə hərəkət edən avtomobilə zərbə endirilib.

APA-nın “Elnashra” portalına istinadən zəbərinə görə, nəticədə 1 nəfər ölüb, digəri isə yaralanıb.

Sonuncu dəfə analoji hadisə avqustun 28-də “Hizbullah” tərəfindən törədlib. Bu zaman isə avtomobildə olanların hamısı həlak olub.

20-09-2024, 10:50
Вернуться назад